Məktəbliləri daşıyan avtobus aşdı – 16 yaralı

Türkiyədə şagirdləri daşıyan avtobus aşıb.

Yenicag.az xəbər verir ki, hadisə Diyarbəkir vilayətində qeydə alınıb. Qəza nəticəsində 16 şagird yaralanıb.

Yaralı şagirdlər xəstəxanaya yerləşdirilib. 3 şagirdin vəziyyətinin ağır olduğu bildirilir.