Məktəbliləri daşıyan avtobus aşdı – 27 uşaq can verdi

Hindistanda dəhşətli avtomobil qəzası baş verib.

Yenicag.az xəbər verir ki, məktəbliləri daşıyan avtobusun dərəyə yuvarlanması nəticəsində 27 uşaq ölüb. Onlardan ən balacısının 4 yaşı olub. Qəza nəticəsində 10 məktəbli yaralanaraq xilas ola bilib.

Hadisə paytaxt Dehlinin  500 km şimalında Kanqra vadisində baş verib. İlkin məlumata görə, qəzaya yüksək sürət səbəb olub.