Məktəbliləri daşıyan avtobus qəzaya uğradı: YARALILAR VAR

Məktəbliləri daşıyan avtobus körpünün dirəyinə çırpılıb.

Yenicag.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə ABŞda yaşanıb. Belə ki, qəza nəticəsində avtobusda olan 44 nəfərdən 42-si yaralanıb. Yaralılardan bir neçəsinin ciddi xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma başlanıb.