Məktəblini maşın vurdu – Göyçayda

Göyçay rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat-hadisəsi baş verib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün rayonun Qaraxıdır kəndində qeydə alınıb.

Rayon sakini Dilqəm Səlimov idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçən piyadanı, Qaraxıdır kənd sakini, 2002-ci il təvəllüdlü Mustafayeva Ramilə Aydın qızını vurub. Qaraxıdır kənd orta məktəbinin 11-ci sinif şagirdi Ramilə Mustafayeva müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.