!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Məlahət onu təhqir edən Xatirəni belə susdurdu - VİDEO

!Reklam – Yazi

Xatirə İslamla əməkdar artist Məlahət Abbasova arasında sosail şəbəkə üzərindən qalmaqal səngimək bilmir. Xatirənin “süpürgəçi obrazından başqa rolunuz yoxdur” sözlərinə qarşı tərəf işi ilə cavab verib.

Yenicag.az xəbər verir ki, Məlahət “İnstagram” hesabında rəhbərlik etdiyi teatrın videogörüntüsünü paylaşıb. Qastrol səfərində olduqlarını deyən aktrisa həmin teatrı Avropa və Asiyanın ən böyük teatrı kimi təqdim edib.

Qeyd edək ki, M.Abbasova Xatirə İslam haqqında “Bizimkilər niyə bu qədər açılmağa istəklidirlər, başa düşmürəm. Dəhşətlə izləyirəm. Müğənni olaraq onu dinləməmişəm. Yəqin ki, yaxşı oxuyur. Amma kaş bədəninə uyğun geyim seçərdi. Sadə, amma şık geyim olsaydı, daha gözəl olardı” sözlərini deyib.

Xatirə onun cavabını “İnstagram” hesabında videosu ilə verib:
“Çıxıb getmisiz başqa ölkədə yaşamağa. Azərbaycanda iz qoymamısız, mən sizin heç bir rolunuzu görməmişəm. Heç bir rolunuzla tanımıram. Keçən ilə qədər də tanımırdım. Bizim bir müğənnimizə söz atdız. Bir-iki ay gündəmdə qaldız. Sonra 1 il belə sakitlik yarandı. Həmin tədbirdə məndən başqa nə qədər müğənni var idi. Məndən açıq geyinmişdilər. Əlbəttə, mən onlara heç nə deyə bilmərəm. Şəxsi işləridir. Sadəcə olaraq niyə onların içindən mənim adımı çəkirsiz? Deməli, sizin mənimlə qərəziniz var. Sizi ümumiyyətlə tanımıram. Ancaq qalmaqallarda görmüşəm. Sonra da maraqlandım. Dedilər ki, hansısa serialda süpürgəçi kimi çəkilmisiz. Düz edib getmisiz. Burada qalıb nə edə bilərdiniz? Qalıb sənətkar olmaq çətin məsələdir. Məleykə Əsədova və ya Amaliya Pənahova kimi sənətkarlar olan yerdə qalıb nə edə bilərdiniz? Rasim Balayevsiz ki, mənə rəy bildirirsiz? Tanımırsızsa, mən də sizi tanımıram”.

www.yenicag.az

8575
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv