Məleykə Abbaszadə: “Qərarlar rus bölməsi üçün də keçərlidir”

“İmtahanlarla bağlı qəbul edilən qərarlar rus bölməsi üçün də keçərli olacaq”.

Yenicag.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin(DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi onlayn mətbuat konfransında çıxışı zamanı qeyd edib.

Məleykə Abbaszadə vurğulayıb ki, tətbiq olunan qaydalar bütün bölmələr üçündür. Heç bir zaman ayrı-seçkilik olmayıb və indi də olmayacaq:

“Tətbiq olunan proqram və güzəştlər hər bölmə üçün nəzərdə tutulur. Hazırda hamı eyni şəraitdədir. Bu şərait təkcə Dövlət İmtahan Mərkəzində yaşanmır. Dünyada kütləvi beynəlxalq imtahan keçirən şirkətlər də bu şəraitlə üz-üzə gəlib. Hər kəs üç strategiya üzrə işləyir. İmtahanların ya vaxtını dəyişmək lazımdır, ya da ədalətlilik prinsipini əsas tutmaqla müəyyən imtahanları onlayn şəkildə keçirməliyik. Qaydalarda dəyişiklik olarsa, Azərbaycan, rus və bütün bölmələrə şamil olunacaq”.

Gülşən Şərif