!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məleykə Abbaszadə: "Təxirə salınmış 32 dövlət orqanı üzrə müsahibələr keçiriləcək"

!Reklam – Yazi

“Karantin rejimi ilə əlaqədar təxirə salınmış 32 dövlət orqanı üzrə müsahibələr keçiriləcək”.

Yenicag.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışında bildirib.

Məleykə Abbaszadə vurğulayıb ki, dövlət qulluğuna qəbul imtahanları avqust ayından başlayaraq, ayda iki dəfə Bakıda və DİM-in regional bölmələrində onlayn qaydada kompüterlər vasitəsilə keçiriləcək:

“Müsahibələrin cədvəli müvafiq dövlət orqanları ilə razılaşdırıldıqdan sonra elan olunacaq. Sertifikatların verilməsi fərdi qaydada bildiriş əsasında həyata keçiriləcək”.

Gülşən Şərif

www.yenicag.az

490
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv