Bəzi media subyektlərində Dövlət İmtahan Mərkəzi (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadənin adından həqiqətə uyğun olmayan məlumatlar yayılıb.
Yenicag.az xəbər verir ki, məlumatlarda DİM İdarə Heyətinin sədri Məleykə Abbaszadənin 2026-cı ildən buraxılış və qəbul imtahanlarında yeni model tətbiq ediləcəyi və test şəklində imtahanların ləğv olunacağı qeyd edilib.
DİM-dən əldə etdiyimiz məlumata görə, Məleykə Abbaszadənin adından yayılmış informasiyalar həqiqəti əks etdirmir və DİM İdarə Heyətinin sədri bu barədə hər hansı media subyektinə müsahibə verməyib.