!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Məleykə Əsədova doğum günündə SİRRİNİ AÇDI: " Ən gözəl hədiyyəni ondan aldım"

!Reklam – Yazi

Xalq artisti, Akademik Milli Dram Teatrının aktrisası Məleykə Əsədovanın sabah doğum günüdür. Aktrisa əlamətdar tarixi sənət dostlarının əhatəsində qeyd edəcək.

Təəssüratlarını Yeniçağ.az-la bölüşən aktrisa yaşının üstə yaş gəlməsini Allahın lütfü kimi dəyərləndirib:

“Rəqəm üstünə rəqəmin gəlməsi o deməkdir ki, biz yaşayırıq. Demək ki, Allah bu yaşı da bizə nəsib etdi. O gün olsun 80-90 yaşımı da qeyd edim”.

Xalq artisti hədiyyələrdən də danışıb:

“Mənim üçün ən gözəl hədiyyə tamaşaçı alqışı, sevgisi və çiçəklərdir. Bu hədiyyələri artıq almışam və yenə də davam edir. Qızımdan da maraqlı hədiyyələr gözləyirəm. O, hər il mənə əl işlərini, yazdığı gözəl şeirləri, çəkdiyi rəsmləri hədiyyə edir”.

M.Əsədova gözəllik sirrini də açıqlayıb:

“Həmişə pozitiv düşünürəm, insanları sevirəm, səmimiyəm, içim təmizdir -bu da mənim gözəllik sirrim”.

Cəvahir Səlimqızı
Yeniçağ.az

www.yenicag.az

838
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv