ARB-nin “Səhər-səhər” verilişində xalq artisti, aktrisa Məleykə Əsədovanın qızı Gülər, bacısı və qızının dayəsi qonaq olub. Xalq artistinin qızını fransız və amerikan qızlarına bənzədiblər.
Yenicag.az xəbər verir ki, aktrisanın qızı Elgizin “Gələcəkdə nəçi olacaqsan” sualına belə cavab verib: “Nazir, ya da deputat”. Aparıcılar “Nazir, ya deputat olmaq üçün əvvəlcə hansısa peşəni seçməlisən” deyə israr etsələr də, M.Əsədovanın qızı seçəcəyi peşəni açıqlamayıb.
Əli Mirəliyev onun şərəfinə canlı olaraq mahnı da oxuyub.
Qeyd edək ki, aktrsianın yeganə övladı olan Gülərin 12 yaşı var.
Həmin görüntüləri təqdim edirik.
Nehru