Məlikov Dağıstanın başçısı oldu

Sergey Məlikov Dağıstan Respublikasının başçısı seçilib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Dağıstan Xalq Məclisində keçirilən səsvermədə 87 deputatdan 83-ü onu dəstəkləyib.

Məlikovdan başqa bu posta Samir Abdulxalikov və Kamil Davdiyev də namizəd olub.

Qeyd edək ki, Sergey Məlikov 2020-ci ildən Dağıstana müvəqqəti rəhbərlik edirdi.