Prezident İlham Əliyev Sabirabad rayonunun Sarxanbəyli, Moranlı, Bala Həşimxanlı, Əlilənbəyli kəndlərinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Yenicag.az xəbər verir ki, sərəncama əsasən Sabirabad rayonunun Sarxanbəyli, Moranlı, Bala Həşimxanlı, Əlilənbəyli kəndlərinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün “H” kanalının yenidən qurulması layihəsi çərçivəsində tikinti işlərinin başa çatdırılması və daha 7551 hektar əkin sahəsinin suvarma suyu ilə təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.47.13-cü yarımbəndində göstərilmiş məbləğin 22 358 000 manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
Sərəncamda Nazirlər Kabinetinə sənəddən irəli gələn məsələləri həll etmək tapşırılıb.