!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Melo klubsuz qaldı

!Reklam – Yazi

Braziliya millisinin sabiq üzvü Felipe Melo klubsuz qalıb.

Yenicag.az xəbər verir ki, “sambaçı” ölkəsinin “Palmeyras” klubu ilə yollarını ayırıb. Tərəflər qarşılıqlı razılıq əsasında sözləşməni ləğv edib. Maraq üçün bildirək ki, çılğınlığı ilə seçilən Melo, “Penarol”la matçda rəqib futbolçunu yumruqladığı üçün 6 oyunluq cəzalandırılmışdı. Həmin hadisədən sonra bir azarkeşlə mübahisə edən yarımmüdafiəçi, baş məşqçisi ilə də problemlər yaşayırdı.

Qeyd edək ki, 2011-2015-ci illərdə “Qalatasaray”da çıxış edən Melo, İstanbul klubundan ayrıldıqdan sonra İtaliya “İnter”inə keçmiş, ardınca “Palmeyras”a üz tutmuşdu.

Yenicag.az

www.yenicag.az

953
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv