Məlumatlarınızı şifrələyə biləcəksiniz – YENİLİK

ABŞ-ın Kolumbiya Universitetinin tədqiqatçıları mətndə məlumatların şifrələnməsi texnologiyasını hazırlayıblar.

Bu məlumat adi kağızda çap edildikdə belə işləyir. Bunun üçün kodlayıcı proqram mətni ədəd ardıcıllığına çevirir. Sonra bu ədədlər şriftin düzəliş parametrlərinə çevrilir.

Yenicag.az techcult.ru saytına istinadla xəbər verir ki,  lakin onu smartfonun kamerası vasitəsilə skan edərək dekodlayıcıdan keçirdikdə kodlaşdırılmış məlumatı əldə etmək mümkün olacaq.

Bununla yanaşı, texnologiyanın böyük bir nöqsanı var. Kodlaşdırılmış mətn adi mətn redaktorunda açılarsa, o, mətni avtomatik olaraq “düzəldəcək” və bütün işarələri siləcək. Bu, təəssüf doğursa da, digər tərəfdən informasiyanın ələ keçirilməsini avtomatik mühafizə edir.

Tədqiqatın müəllifləri “Fontcode”un müxtəlif sahələrdə tətbiq edilə biləcəyini bildiriblər.