!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Memar olmaq istəyənlər üçün MÜHÜM XƏBƏR

!Reklam – Yazi

Dövlət İmtahan Mərkəzi I ixtisas qrupuna aid memarlıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərə (subbakalavrların) müraciət edib.

Müraciətdə bildirilir ki, qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyat avqustun 20-dək davam edəcək.

Memarlıq ixtisası üzrə xüsusi qabiliyyət imtahanından məqbul qiymət alan abituriyentlər (subbakalavrlar) ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, memarlıq ixtisasını da seçə bilərlər.

Qeyd edək ki, memarlıq ixtisasına qəbul olmaq üçün müsabiqədə I ixtisas qrupu üzrə imtahan vermiş, ümumi balı 200 və daha yuxarı olan, Qabiliyyət İmtahanı Komissiyasından (QİK) məqbul qiymət alan abituriyentlər (subbakalavrlar) iştirak edə bilərlər.

Qabiliyyət imtahanlarının 24-25 avqust tarixlərində keçirilməsi nəzərdə tutulur.

QİK-in tərkibinə memarlıq ixtisası üzrə ekspertlər daxildirlər.

Qeydiyyatdan keçən abituriyentlərə “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edə biləcəkləri tarixlər haqqında məlumat veriləcəkdir.

www.yenicag.az

1689
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv