Məmmədbağır Bağırzadənin oğlu: “Anamın vaxtsız vəfatı onu çox sarsıtdı”

“Anamın ölümündən sonra atam ağır günlər yaşadı, yaddaşını itirdi”.

Yenicag.az xəbər verir ki, bu sözləri atası haqqında bəzi məqamlara toxunan mərhum müğənni Məmmədbağır Bağırzadənin oğlu Rahim Bağırzadə “O üz” verilişində deyib.

O, həmin vaxt atasının keçirdiyi psixloloji sarsıntıdan danışıb:

“Anam dünyasını dəyişəndə, 45 yaşı var idi. Onun vaxtsız vəfatı atamı sarsıtdı. Hətta sənətdən belə getmək istəyirdi. Çox ağır günlər yaşadı. Yaddaşını itirdi.

Məclislərə gedəndə oxuyurdu, qəzəl yadından çıxırdı. Anamın yoxluğuna çox dözə bilmədi”.

Oğlu atasının mahnılarını anonim adı ilə ifa olunmasına da etiraz edib. Buna görə çox əsəbiləşdiyini bildirib.

Nehru

COP29