Məmmədyarov Aronyanla qarşılaşacaq: 175 min dollarlıq yarış

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün ABŞ-nin Sent Luis şəhərində “Grand Chess Tour”un 4-cü mərhələsində mübarizəyə başlayacaq.

Yenicag.az xəbər verir ki, 37 yaşlı qrossmeyster şəhərin eyniadlı turnirinin birinci turunda Fransanı təmsil edən İran əsilli şahmatçı Alireza Firuzca ilə, ikinci turda ABŞ-ni təmsil edən Levon Aronyanla, üçüncü turda isə fransalı Maksim Vaşye-Laqravla görüşəcək.

10 oyunçunun qatıldığı turnirdə şahmatçılar avqustun 28-dək rapid, növbəti iki gündə isə blits növündə çıxış edəcəklər.

Qeyd edək ki, 175 000 ABŞ dolları mükafat fonduna malik “Grand Chess Tour”un 4-cü mərhələsi avqustun 30-da başa çatacaq.