ABŞ-nin Missuri ştatının Sent-Luis şəhərində azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovun iştirak etdiyi “Fişer şahmatı” turniri davam edir.
Azerisport.com xəbər verir ki, Uesli So, Layner Dominges, Hikaru Nakamura, Levon Aronyan, Fabiano Karuana (hamısı – ABŞ), Alireza Firuzca (Fransa), Petr Svidler, Yan Nepomnyaşşi və Harri Kasparov (hamısı FİDE bayrağı altında) da turnirdə iştirak edirlər.
Bu gün üç tur keçirilib.
So – Məmmədyarov – 0:1
Məmmədyarov – Kasparov 1:0
Nepomnyaşşi – Məmmədyarov 0:1
Turnir cədvəli: Məmmədyarov, Firuzca – 4,5; Nepomnyaşşi – 4; Nakamura, Aronyan, Karuana – hərəyə 3,5; So – 3; Dominges – 2; Svidler – 1,5; Kasparov – 0.