!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məmmədyarovla Nalbandyanın Nyu-York görüşü başa çatdı

!Reklam – Yazi

Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri – Elmar Məmmədyarov və Eduard Nalbandyanın görüşü keçirilib.

Yenicag.az xəbər verir ki, görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik də iştirak edib.

Görüşdə Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi və gündəlikdə duran məsələlər ətrafında müzakirələr aparılıb.

Görüş zamanı Minsk Qrupu həmsədrlərinin oktyabrda Dağlıq Qarabağa səfəri barədə razılıq əldə edilib.

Habelə görüşdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkil olunması ilə bağlı məsələ müzakirə edilib.

www.yenicag.az

865
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv