!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Məmmədyarovun rəhbəri olduğu MMC bağlanır?

!Reklam – Yazi

Ötən ilin iyun ayında azərbaycanlı şahmatçılar Şəhriyar Məmmədyarov və bacısı Türkan Məmmədyarovanın birlikdə yaratdığı şahmat mərkəzi dağılmaq təhlükəsi ilə üz-üzədir.

Yeniçağ.az-ın əldə etdiyi məlumata görə, Sumqayıtda fəaliyyət göstərən “Şəhriyar Məmmədyarov adına Şahmat Mərkəzi” nin əsas problemlərindən biri maliyyədir. Etibarlı mənbədən aldığımız məlumata görə, mərkəz indiyə qədər Məmmədyarovların şəxsi vəsaiti hesabına fəaliyyət göstərib. Elman Rüstəmovun rəhbəri olduğu Azərbaycan Şahmat Federasiyasından onlara indiyədək heç bir köməklik göstərilməyib.

Qeyd edək ki, Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçisi qrossmeysterimiz Şəhriyar Məmmədyarovun bacısı Türkan xanım Məmmədyarovadır. Biz də onunla əlaqə saxlayıb, məsələnin nə dərəcədə həqiqətə uyğun olub-olmadığını öyrənməyə çalışdıq. Türkan xanım olduqca maraqlı faktlar açıqladı:

“Haqqımızda niyə bu cür şaiyələr yayırlar, bilmirəm. Bizim şahmat mərkəzimiz-filan yoxdur. Bu, ağ yalandır; mən də heç bir mərkəzin rəhbəri deyiləm.

Hazırda özəl məktəblərin birində şahmat üzrə kurs keçirəm. Kursun da adı “Şəhriyar Məmmədyarov adına Şahmat Mərkəzi”dir. Yenə deyirəm, bizim özəl şahmat mərkəzimiz yoxdur”.

Aygün İlqarqızı
Yeniçağ.az

www.yenicag.az

667
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv