Məmur arvadı tərəfindən güllələndi – “Həyatımı cəhənnəmə çevirdi” – Foto

icube.milliyet.com.tr-.-YeniAnaResim-.-2016-.-11-.-08-.-fft99_mf7948773.JpegYenicag.az xəbər verir ki, Türkiyədə həyat yoldaşını güllələyən Hülya şok açıqlamalar verib. Zonguldakda baş katib olaraq çalışan əri Haqqını silahla vuran qadın “Mənim üçün barmağını belə kəsən adam həyatımı cəhənnəmə çevirdi. Şiddət gördüm. Dostlarıyla əlaqəyə girməyimi istədi. Özümü itirdim, istəmədən vurdum” deyib.

Məlumata görə, Haqqının 2011-ci ildə ikinci dəfə evləndiyi və bir müddət əvvəl boşanmaq istədiyi Hülya ilə aralarında mübahisə yaşanıb. Bu zaman qadın tapançayla yoldaşını ayaqlarından və ombasından yaralayıb.

Yaşadıqlarından danışan Hülya: “Hər axşam yoluma çıxırdı. Mənə sevgisini sübut etmək üçün barmağını sətirlə kəsib uçurumdan atdı. Bu olay onunla evlənmək üçün kafi idi. İkinci evliliyim idi. Evləndikdən  5 gün sonra şiddət başladı. Kaş ac qalardım amma o adamla ailə qurmazdım. Bədənimdə dəfələrlə siqaret söndürürdü. Narkotik maddə içərək məni dəfələrlə döyürdü”, deyib.

“Mənə qrup seks təklif edirdi, günlərlə ağlayırdım. Mənimlə tanış olmaq istəyən dostları olduğunu söyləyirdi. Dostları ilə evdə yığışırdı, içki içirdilər. Əlində silah mənə təcavüz etmək istəyirdi, silahı aldım onu güllələdim”, deyə Hülya vurğulayıb.

Qeyd edək ki, Haqqının həyatını xilas etmək mümkün olub.