Məmur oğlunun toyunda yığılan pullar oğurlandı

Azərbaycanda keçirilən toyda inanılmaz oğurluq hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə dünən Abşeron rayonunda qeydə alınıb. Belə ki, Xırdalanda yerləşən “Xəzinə Palas” şadlıq sarayında Elvin adlı bəyin toy mərasimdə oğru qutudan pulları oğurlayıb. Onun pul konvertlərini necə qarnına yığması təhlükəsizlik kameralarına düşüb. Faktla bağlı polisə müraciət olunub.

Qeyd edək ki, Elvin Şükürovun atası Sahib Şükürov dövlət qurumlarından birində yüksək vəzifədə çalışır./Manset.az/