!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məmur sahibkarlığının yaratdığı MANEƏ - Gömrük-vergi sistemi FÜRSƏTİ dəyərləndirmədi - Sabiq deputatdan TƏKLİF

!Reklam – Yazi

“Pandemiya dövrü gömrük-vergi siyasətinin normallaşması üçün bir fürsət idi”.

Yenicag.az xəbər verir ki, bunu pandemiya dövründə aparılan sosial-iqtisadi siyasəti dəyərləndirən sabiq millət vəkili Nazim Bəydəmirli deyib.

Onun sözlərinə görə, pandemiya dövrü bir sıra iqtisadi və sosial çətinliklər yaratsa da, qeyd olunan sahələrin inkişafı üçün müəyyən imkanlara yol açmışdı. Lakin bu imkanlar dəyərləndirilməyib və sosial narazılıq daha da artıb:

“Gömrük proqnozlarının 15 faiz artıqlaması ilə yerinə yetirildiyi bildirilir. Lakin bu vəsaitin vətəndaşlardan çıxdığı məlumdur. Hansı ki, sahibkarların idxal etdikləri məhsullarının bəyannamə qiyməti süni şəkildə artırılır və nəticədə daha çox vergi-rüsum ödənilir. Ona görə də vətəndaşın gəlirləri azalıb, iqtisadiyyat daralıb və eyni zamanda xərclər artıb. Bu baxımdan ölkədə aparılan sosial siyasətə yanaşma da birmənalı deyil.

Əgər vətəndaş illər boyu sosial müavinət alıbsa və birdən-birə büdcəyə qənaət adı ilə müavinətdən məhrum edilibsə, belə çıxır ki, insanların həyatı ilə oynanılır. İqtisadi siyasət elə idarə olunmalıdır ki, insanlar daha çox gəlir əldə edə bilsin. Məmur sahibkarlığına yer verilməsi şirkətlərin hüquq və bərabərliklərinin təminatına mane olur. Əslində sosial siyasət iqtisadi siyasətin davamıdır və birlikdə idarə olunmalıdır. Bu baxımdan vergi və gömrüyün birləşdirilməsinə ehtiyac var”.

Gülşən Şərif

www.yenicag.az

728
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv