!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məmur tamahı böyük şirkəti batırdı – Video

!Reklam – Yazi

65268Azərbaycanda fəaliyyət göstərən “İlk İnşaat” tikinti firmasında işləyən minə yaxın işçiyə bu gün xəbərdarlıq olunub.

Bununla bağlı Moderator.az – a adlarının çəkilməsini istəməyən və xəbərdarlıq alan işçilərdən bir neçəsi bildirib.

Tikintidə işləyən şəxslərin sözlərinə görə, firmadan onlara bildirilib ki, bu ilin 15 fevralında firma işini dayandıracaq. İşçilərə başqa yerdə iş tapmaq tövsiyə olunub.

Qeyd edək ki, Bu firma hazırda Dəniz Vağzalının yaxınlığında yerləşən 4 hündürmərtəbəli binanın tikintisini həyata keçirirdi. Tikintidə Azərbaycanlılarla yanaşı, Türkiyə, Özbəkistan, Hindistan, Pakistan vətəndaşları da çalışırdı. İlk inşaat təkcə Dəniz Vağzalı yaxınlığında deyil, Bakının bir sıra yerlərində də tikinti işləri həyata keçirir.

Bildirildiyinə görə, “İlk İnşaat” türk vətəndaşına məxsus olan podratçı şirkətdir və ölkədə fövqəlgücə malik irikalibrli məmurlardan birinin sifarişçisi olsalar da 4 aydır onlara çatası pulu ala bilmədiklərindən acınacaqlı duruma düşərək içilərinə bununla bağlı xəbərdarlıq ediblər.

Azerinfo.org isə xəbər verir ki, “İlk İnşaat”ın çökməsində Dövlət Miqrasiya Xidmətinin Baş İdarə rəisi Rövşən Səfərovun da mühim xidmətləri var. Belə ki, 2012-ci ildən etibarən şirkəti “hesab”a “oturtduğu” iddia olunan Rövşən Səfərovun ilk olaraq, bu şirkətdən 1 milyon dollar rüşvət aldığı söylənilir. Xeyli sayda özbək və türkməni çalışdıran “İlk İnşaat”ın sonrakı illərdə də R.Səfərovdan asılı vəziyyətə düşdüyü vurğulanır. “Qafqaznews.az”ın yazdığı kimi,  “bu şirkərdə çalışan əcnəbi işçilər qanuna uyğun olaraq miqrant kimi Dövlət Miqrasiya Xidmətində qeydə alınmır, daha dorğrusu DMX rəhbərliyi buna göz yumur”. Bu göz yummanın R.Səfərovun sayəsində olduğu bildirilir. Qısacası, məmurların tamahı artdıqca, onları razı salmağa çalışan şirkət artıq “can verir”. Olan isə hər zaman olduğu kimi qara camaata dəyib. Günü gündən borcları artan şirkət bağlanarsa, aylarla almadıqları maaşları da batacaq.

 

www.yenicag.az

1212
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv