!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məmurlara bahalı avtomobil almaq qadağan edildi

!Reklam – Yazi

a351c1Yəmənə təcavüz və neft qiymətinin aşağı düşməsi Səudiyyəni müflis edib

Səudiyyə kralı Salman ibn Əbdüləziz yeni qənaət qərarını maliyyə naziriliyinə göndərərək qənaət tədbirlərinin bütün nazirliklərə çatdırılmasını tələb edib. İngiltərənin “The Guardian” qəzetinin məlumatına əsasən, Səudiyyəli məmurların bahalı avtomobillər, bahalı mebellər alması qadağan edilib. Səudiyyəli məmurların səyahət xərcləri isə kəskin şəkildə tənqid edilib. Bundan əlavə bütün “premiyalar” (maliyyə mükafatı) və təzminat ödənişlərinin dayandırılması tələb edilir. Həmçinin kral Salman neftdən gələn gəlirlərin sürətli şəkildə maliyyə nazirliyinin xəzinəsinə köçürülməsini əmr edib. Qeyd edək ki, Səudiyyə Ərəbistanın büdcəsinin 90 faizinin neft gəlirlərindən əldə etməsi və neft qiymətinin 50 faiz aşağı düşməsi, Yəmənə təcavüzü bu ölkənin maliyyə vəziyyətinə ciddi təsir edib. Bu səbəbdən Səudiyyə höküməti beynəlxalq maliyyə və investisiya təşkilatlarından 70 milyard ABŞ dolları dəyərində vəsaitini geri götürüb. Maliyyə vəsaitini israfla göyə sovuran Səudiyyə vəziyyətin kritik həddə çatmasından sonra qənaət etmək fikrinə düşüb.

www.yenicag.az

487
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv