!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məmurlara daha bir qadağa

!Reklam – Yazi

rusyamemur_sazıldcd2149vRusiyada dövlət məmurları artıq istədikləri maşını ala bilməyəcək. AzVision.az-ın məlumatına görə, bu barədə baş nazir Dmitri Medvedyev hökumətin iclasında bildirib.

O, qeyd edib ki, artıq məmurlar istənilən gücdə maşın ala bilməyəcəklər.

Belə ki, dövlət satınalmaları qaydalarına edilən dəyişikliyə əsasən, avtomobillərin gücü yüksək vəzifəli məmurlar üçün 200 at gücündən, adi xidməti avtomobillərdə isə 150 at gücündən artıq olmayacaq.

Baş nazir bildirib ki, bu qərar bahalı avtomobillərin alınmasının və israfçılığın qarşısını alacaq.

Qeyd edək ki, Rusiyada məmurlar üçün alınan avtomobillərin qiymətinə də limit qoyulub. Qaydalara görə yüksək vəzifəli məmurlar belə, qiyməti 2,5 milyon rubla və ya 35 min dollardan baha avtomobil ala bilməzlər.

 

www.yenicag.az

477
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv