Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

“Məmurlara kurs keçib, onlara adamlıq öyrədəsi deyillər ki...” – Fazil Mustafa

Reklam: Sinerji Pro

“Bu, mənasız bir işdir, 3 ay da kimsə pul alıb cibini dolduracaq ki, mən mədəni adam yetişdirirəm”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında dövlət qurumlarında çalışan müxtəlif vəzifəli əməkdaşların vətəndşalarla mədəni davranış qaydalarının öyrədilməsi üçün məcburi kurslara cəlb olunmasının mümkünlüyünə münasibət bildirən millət vəkili Fazil Mustafa deyib.

Millət vəkilinin sözlərinə görə, normal davranış qaydaları sadəcə, məmurlara deyil, hər kəsə erkən yaşlardan öyrədilməlidir:

“Həmin kurslarda kimlərəsə adam olmağı öyrətməyəcəklər ki… Bu tərz sistemli şəkildə bütün vətəndaşlara aşılanmalıdır. Mədəni davranışı hər kəsə orta məktəblərdən başlayaraq, öyrədilməlidir. Bu, mənasız bir işdir, 3 ay da kimsə pul alıb cibini dolduracaq ki, mən mədəni adam yetişdirirəm

Beş-on məmura normal davranış qaydası öyrətməklə, məsələ həll olunmur. Üç aya adam yetişdirmək olsaydı, elə bütün təlim-tərbiyə müəssisələrini üç aylıq edərdilər. Bununla da, insanların 11 il orta məktəblərdə, 4 il də universitetlərdə oxumaqlarına ehtiyac qalmazdı”.

Qeyd edək ki, MDB ölkəsi olan Qazaxıstan artıq qeyd olunan təcrübənin tətbiqinə hazırlaşır.

Firuz Asanov

www.yenicag.az

1626