!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Məmurların biznesini ifşa edən jurnalist təhdid olunur: “O şəxslər məsuliyyət daşıyacaqlar”

!Reklam – Yazi

Avropada yaşayan araşdırmaçı-jurnalist Cavanşir Həsənli müəyyən şəxslərin onun yerini dəqiqləşdirməyə çalışdıqlarını yazıb.

Yenicag.az xəbər verir ki, bir çox məmurların ölkə xaricində qurduqları biznes şəbəkəsini sənədlərlə üzə çıxaran Cavanşir Həsənli təhdid olunduğunu özünün “Facebook” profilindən bəyan edib.

Jurnalist konkret şəxslərin adını çəkərək, onun yerini müəyyənləşdirməyə çalışdıqlarını yazıb:

“Aldığım məlumata görə, Almaniyadakı azərbaycanlılar arasında mənim fotolarım paylaşılır, yerimi müəyyənləşdirməyə çalışırlar. Bu, son günlərdə 1 saylı notariat kontorunun xüsusi notariusu Famil Sabitov və Almaniyada 554 mənzil satmış azərbaycanlı şirkət rəhbəri Nasir Mustafazadə ilə bağlı araşdırmalardan sonra baş verib.

Hər hansı xoşagəlməz hadisə baş verərsə, buna görə ilk növbədə adları çəkilən şəxslərin məsuliyyət daşıyacaqlarını bəyan edirəm. Beynəlxalq təşkilatlarla əlaqəsi olan dostlardan məsələni onların diqqətinə çatdırmalarını xahiş edirəm.

Bununla əlaqədar yerli polisə müraciət etdiyimi və təhlükəsizliyimə görə Avropanı tərk etmək məcburiyyətində qaldığımı bildirmək istəyirəm. Ümid edirəm, Azərbaycan ictimaiyyəti və hüquq mühafizə orqanları bu məsələni diqqətdə saxlayacaqlar.

Almaniyada yaşayan azərbaycanlılardan kimə mənim şəkillərim göndərilibsə, məlumat vermələrini xahiş edirəm”.

www.yenicag.az

2252
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv