Məmurların bu ölkələrə səfəri qadağan edildi – Tailandda

Tailandda dövlət məmurlarının xaricə səfərləri məhdudlaşdırılıb.

Yenicag.az-ın məlumatına görə, Səhiyyə Nazirliyinin mətbuat katibi Thavisin Visanuyothin məmurların koronavirusun daha çox yayıldığı ölkələrdən qayıdarkən 14 günlük icbari karantinə yerləşdiriləcəyini bildirib.

Çin, Cənubi Koreya, Yaponiya, İran, İtaliya, Almaniya, Sinqapur, Fransa kimi daha təhlükəli hesab edilən ölkələrə xidməti səfərlər tamamilə dayandırılıb.

Qeyd edək ki, bu günədək Tailandda 43 nəfər koronavirusa yoluxub.

COP29