Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan böyük şəhərlərin bələdiyyə başçıları ilə görüşüb.
Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, görüşdən sonra jurnalistlərlə söhbətləşən Kayseri Böyük Şəhər Bələdiyyəsinin sədri Memduh Büyükkılıç prezidentin tövsiyələri haqda danışıb.
Büyükkılçın sözlərinə görə, bələdiyyə sədrlərinin dövlət başçısına təcili çıxışını təmin etmək üçün prezident Ərdoğanın iştirakı ilə “Whatsapp” qrupu yaradılıb:
“Prezident bütün bələdiyyə başçılarına məsləhətlər verdi, vacib məlumatları paylaşdı.
Bundan başqa, istənilən vaxt rahat əlaqə qura bilmək üçün “Whatsapp” qrupu yaratdıq.
Millətimizin arzu etdiyi bu yeniliyi prezidentimiz yenə ilklərə imza ataraq, həyata keçirdi”.
Firuzə Alimova