“Mən anadan borcla, sən də eşşəkliklə doğulubsan ki…” – Həftənin sitatları

Facebook“Ə, xiyar, mən anadan borcla, sən də eşşəkliklə doğulubsan ki, mənim etdiklərim borca, sənin etdiklərin eşşəkliyə yazılır?”

Aqil Ələsgər: “Mikayıl Cabbarov, Elmar Məmmədyarov və ya Cahangir Əsgərov kimi kosmopolit, əhlikef və xalqla yaxından-uzaqdan əlaqəsi olmayan məmurların Qarabağda müharibə gedir deyə, konsertdə poz vermələrində qəti təəccüblü bir şey yoxdur. Vay o gündən ki, bu troyka gedib erməni yasında oturub, başsağlığı verməsinlər…”
PİA.AZ-ın redaktoru Gülyanaq İSMAYILQIZI “Həftənin sitatları” layihəsini təqdim edir.
Qeyd edək ki, bəzi sitatlar konteksdən çıxarıldığı üçün düzgün anlaşılmaya da bilər. Bunu nəzərə almağı xahiş edirik.
Azərbaycan Respublikasının prezidenti İham Əliyev: “Biz sosial məsələləri, insanların sağlamlığını ön planda saxlayırıq”.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan: “Azərbaycan sizə Gürcüstan və Ukrayna deyil…”
Azərbaycanın birinci xanımı, H.Əliyev Fondunun prezidenti Mehriban Əliyeva: “Şəhid ailələrinə yardım dövlətin ən başlıca vəzifəsidir”.
Milli Məclisin sədri Oqtay Əsədov: “Bundan başqa, mən dostluq qruplarının rəhbərlərinə tapşırıram ki, əməkdaşlıq etdikləri ölkələrdəki həmkarlarına məktublar göndərsinlər, həqiqəti onlara çatdırsınlar. Ad çəkməyəcəyəm, bu yaxınlarda bir ölkənin nümayəndə heyətinin rəhbəri xəritəni qabağına qoyub soruşur ki, Dağlıq Qarabağ hansı ölkənindir, Ermənistanındır? Belə biabırçılıqlar olmamalıdır. Biz aktiv çalışmalıyıq”.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov: “Cəbhədə erməni hərbi birləşmələrinin növbəti təxribatlarının qarşısını Azərbaycan ordusu layiqincə ala bilib və düşmənə sarsıdıcı zərbələr endirib. Düşmənin mövqeyində yerləşən postlar dağıdılıb”.
Ermənistan parlamentinin vitse-spikeri Ermine Nağdalyan: “Dağlıq Qarabağ və hazırda nəzarətimizdə olan torpaqlarla bağlı yanlış təsəvvürlərə qapılmaq gərək deyil. Bu yanlışlıq bizə çox baha başa gələ bilər. Hazırda nəzarətimizdə olan, əlimizə keçirdiyimiz torpaqları nə zamansa azad etməli, oradan çəkilməliyik. Reallığı anlamaq gərəkdir”.
Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov: “Ermənistan Qarabağı və ətraf yeddi rayonu işğal edib. Amma beynəlxalq təşkilatlar bu məsələdə susur. Bizə deyirlər, danışıqları davam etdirin. Yəni, 25 il danışıqlar aparmısınız, daha 25 il də danışıqlar aparın”.
Azərbaycan Respublikası prezidentinin köməkçisi, Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov: “Bəzi media orqanları Dağlıq Qarabağ münaqişəsinə sivilizasiyaların toqquşması və “xristian qardaşlığı” kontekstində yanaşırlar. Biz burada işğalçıya bəraət qazandırmaq cəhdlərini görürük. Burada münaqişənin təşəbbüskarı “qurban” kimi təqdim edilir. Ermənistan mediası türkfobiya təbliğatı aparır”.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan: “Ermənistan odla oynayır. Türkiyədə 100 minə yaxın erməni var. Onlardan 50 mini Türkiyə vətəndaşı deyil. Yaşamaq üçün icazəsi olmayanlarla da xoş davranırıq. Biz xoş niyyətli olduğumuzu göstəririk”.
Azərbaycan Respublikasının prezidenti İham Əliyev: “Azərbaycanda bütün azadlıqlar təmin edilir”.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva: “… hər birimiz çalışmalıyıq ki, təbiəti qoruyaq. Hər birimiz birgə fəaliyyət göstərməliyik. İnanıram ki, biz gələcəkdə daha firavan, daha yaşıl həyat qura biləcəyik”.Gələcəkdə daha firavan, daha yaşıl həyat qura biləcəyik”.
Azərbaycan Respublikası prezidentinin köməkçisi, Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov: “Minsk Qrupu Azərbaycan xalqına, beynəlxalq hüquqa hörmətsizlik edir”.
Rusiya XİN-in mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova: “Rusiya-Türkiyə münasibətlər bərpa edilə bilməz”.
Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov: “Dünyada 50 ölkənin çətin vəziyyətdəolduğunu görürük. Bunun səbəbləri nədir? Düşünürəm ki, burada ədalət prinsipləri pozulub. İŞİD məsələsinə müxtəlif prizmalardan yanaşırıq… Dünya ölkələri beynəlxalq hüquq normaları ilə bağlı məsuliyyət daşıyırlar”.
Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev: “Dağlıq Qarabağda olan erməni dığalarının himayəçiləri ancaq ruslardır. Rusiya Ermənistanı axıra qədər müdafiə edir. Dağlıq Qarabağı işğal edəndə elə Rusiyadır. Düzdür, ermənilər bizim torpaqlarımızdan çıxmalıdır, amma əsas məsələni Rusiya ilə həll etməliyik”.
Millət vəkili Zahid Oruc: “Sərkisyanın hakimiyyəti, iqtidarda qalması ölkəmizin maraqları baxımından daha uyğundur. Çünki Sərkisyan beynəlxalq siyasəti dərk etməyən, primitiv bir siyasətçidir”.
Fransanın dövlət katibi Arlem Dezir: “Qənaətimizcə, Dağlıq Qarabağdakı stutus-kvo gərginliyi artırdığı və münaqişəni bərpa etdiyi üçün artıq qəbuledilməzdir”.
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu: “Dağlıq Qarabağ problemi bizim xüsusi diqqətimizi tələb edir. Biz bu problemin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllini gözləyir və ümid edirik”.
 
Jurnalist Fazil Əhməd: “Düz bir aydır 3-cü sinifdə oxuyan oğluma Azərbaycanın Ermənistandan qat-qat güclü, varlı, hər cür imkana sahib olduğunu izah edirəm. Sonda yenə qayıdır ki, bəs bütün kitablarda, məktəbdə divara vurulan stendlərdə ermənilərin həmişə bizi qırdığı yazılır, müəllim dərsdə həmişə azərbaycanlıların ermənilər tərəfindən qovulduğunu, soyqırıma məruz qaldığını deyir… ”
Millət vəkili Elşən Musayev: “Get soyadını dəyiş, adam! Mövludyan elə. Erməni kimliyinə sahib çıx. Nə özünü incit, nə bizi, nə Cəbrayıl adını, nə də şəhidlərin ruhunu. Bilək ki, bizdən deyilsən. Əslində zatən deyilsən. Sadəcə rəsmiləşdirək. Adımız təmizlənsin…”
Jurnalist Xalid Kazımlı: “Telepatiyadır, nədir, dünən iki əməkdaşımız redaksiya rəhbərliyinə hara gedəcəkləri, nə iş görəcəkləri barədə mesaj yazmışdılar. Birininki beləydi: “Konsertə gedirəm. Ordan yazı hazırlayacam”. Digərininki isə bu cür idi: “İndi Qapanlıdayıq, hələlik sakitlikdir, qaranlıq düşəndə “konsert” başlayacaq”. Demək ki, hərənin öz konserti var. Ancaq bu konsertlər çox fərqlidir, biri adamlara əyləncə verir, o biri – işgəncə”.
Xalq artisti Nurəddin Mehdixanlı: “Aktyor olduğuma görə, atam dünyasını dəyişənə qədər məni danışdırmadı”.
Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev: “Azərbaycanı nüvə silahı ilə təhdid edən generalı sünnət edib, qulağını Andranikin qulağı kimi kəsmək lazımdır ki, ağıllansın”.
“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı: “Metro çıxışlarında, yol keçidlərində piyadaları cərimələmək üçün dayanan polislərə plan qoyublar – gündə hərəsi 10 adamı cərimələməli, çekini yuxarılara verməlidir. Bu gün bir tələbəni cərimələdiklərini görüb müdaxilə edəndə, məlum oldu bu. Polis dedi. Elə dedi ki, ürəyim ağrıdı: “Bəs mən nə edim? Dünən 3 cərimə etmişəm, mənə dedilər ki, belə getsə işinlə vidalaşmalı olacaqsan. …””.
İqtisadçı ekspert Natiq Cəfərli: “Bank sektorundakı böhranın qarşısını almaq üçün hökümət çalışsa belə, tezliklə qarşısını almaq mümkünsüz görünür… Neqativ proseslərin davametmə prosesi çox yüksəkdir”.
Yazıçı Seyran Səxavət: “Markes qırmızı yalan deyir. Əgər ədəbiyyat olmasaydı biz bu gün söhbət edəndə qəfildən mövzunu dəyişib Markesdən söz salmazdıq. O qeyri-səmimidir”.
PİA.AZ saytının baş redaktoru Azər Qaramanlı: “Dağlıq Qarabağ münaqişəsinin həll yolu Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasından keçir”.
Tanınmış diktor Nailə İslamzadə: “Televiziya bir güzgüdür, onun nə qədər parlaq olması biz jurnalistlərin tutduğu mövqedən asılıdır”.
Politoloq Qabil Hüseynli: “Azərbaycan Şimalda Rusiya ilə olan münasibətlərinin üstündən xətt çəkib birdənbirə Qərbə meyillənə bilməz”.
Yeniçağ qəzetinin baş redaktoru Aqil Ələsgər: “Mikayıl Cabbarov, Elmar Məmmədyarov və ya Cahangir Əsgərov kimi kosmopolit, əhlikef və xalqla yaxından-uzaqdan əlaqəsi olmayan məmurların Qarabağda müharibə gedir deyə, konsertdə poz vermələrində qəti təəccüblü bir şey yoxdur. Vay o gündən ki, bu troyka gedib erməni yasında oturub, başsağlığı verməsinlər…”
Qarabağ müharibəsi veteranı, tədqiqatçı alim Cahangir Hüseynov: “Xarici dövlətlərin Azərbaycanda terror törətmək ehtimalı böyükdür”.
Yazıçı-publisist Həmid Herisçi: “Hökumətdə M.Ə.Rəsulzadə olsaydı, Atatürk qələbə çala bilməyəcəkdi. Bütün şərtlər göstərir ki, ancaq N.Nərimanov o düyünləri aça bilərdi. O, yeganə Azərbaycanlıdır ki, Kremlin divarlarına hörülüb, orada dəfn olunub”.
Müdafiə Nazirliyi: “Seyran Ohanyanın bizə güzəştə getməyəcəyi haqqında düşündüyü hər qarış Azərbaycan torpağı erməni əsgərlərinin qanı tökülməklə azad olunacaq”.
Gənc yazar Kəramət Böyükçöl: “Bir dəfə atamdan 20 manat borc almışdım, ürəyim necə yumşaldısa maaşımı alanda təsirlənib ona 500 manat verdim. Atam 500 manatı alıb cibinə qoyandan sonra qayıdasan ki, mənim 20 manatımı nə vaxt verəcəksən?”
Jurnalist Fərahim İlqaroğlu: “Akkord Sirkətlər Qrupu nə vaxt sizin binalarınızda liftlər düz əməlli işləyəcək? Gərək kimsə yıxılıb ölsün onda hərəkətə keçəsiniz? Maşallah olsun, pul yığmağa yaxşısınız…Zəhmət çəkin liftləri düzəldin!”
Jurnalist Eldəniz Elgün: “3 gündü fb-da müzakirələr gedir ki, ADAMIN ERMƏNİ DOSTU OLMALIDIR YA YOX?”
İqtisadçı, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban: “Dünən bir neftçi dostum “Xəyal adalarına” dəvət etmişdi. Dedi ki, week-end-də 80%-ə yaxın qolf oynayanlar NEFT İNDUSTRİYASIna bağlı insanlardır. Sonra isə əlavə etdi ki, orda görəcəklərinə nəinki Postsovet məkanının heç bir yerində rast gəlməzsən, çox yerlərdə bir azdan bura qibtə edəcəklər”.
Yeniçağ qəzetinin baş redaktoru Aqil Ələsgər: “Qorxmaz Hüseynovun başı fətullahçıların başını tumarlamağa qarışdığından yenə susuz qalmışıq. Yay gəlmədən, artıq bizə vedrə ilə 500 metr kənar küçələrdən su daşımağa hazırlıq gördürürlər…”
PİA.AZ-ın xüsusi müxbiri Nərminə Umudlu: “Cənab Məmmədyarov və başqa məmurlarımız dünən axşam Ağdamdakı “konsertə” baxsaydılar daha yaxşı olardı…Ən azından baxsaydılar…Millətimdəki səbrə heyranam, başqa heç nə…”
Politoloq Zaur Mammadov: “Ermənistan hökumətinin son günlər bir-birinin ardınca verdiyi məntiqsiz açıqlamaların hamısı erməni ictimaiyyətinə yönəlib. Sarkisyan hakimiyyətdə qalmaq üçün bu cür gedişlərdən istifadə edir”.
Azadqadın.az saytının baş redaktoru Aynur Qurbanqızı: “Subay gənc qız, yaxud evli qadınla hər gün görüşüb nə danışa bilərəm?! Dünyalarımız fərqlidir”.
Qərbi Azərbaycanlılara Qayıdış Birliyinin sədri Köçəri Nağıbəyli: “Müxalifətdə intriqa aparanlarla birlikdə olmaq düzgün deyil”.
Jurnalist Azar Sariyev: “Televizor olmayan vaxtlarda qonşular gecələr yığışırmış babamgilə. Babam da onlar üçün “Koroğlu” dastanını, Mirzə İbrahimovun romanlarını oxuyurmuş. O vaxtın diziləri beləymiş”.
Politoloq Zərdüşt Əlizadə: “Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistan rəhbərliyi ilə nəticəsiz danışıqları Qarabağ münaqişəsinin dinc yolla həllinin üstündən xətt çəkib”.
Tanınmış jurnalist Eynulla Fətullayev: “Mənə bilirsiz nə maraqlıdır? Bu Günel Mövlud ermənı rəfiqələri ilə hansı dildə danışır? Rusca bilmir, ingiliscəsi də betər gündə. Günel Mövludun bu pasifizmi də yalançıdır. O, sadəcə “çuşka” kompleksini yaşayır. Yəni olduğundan daha yaxşı gorünmək. Adama deyərlər sən bir erməni rəfiqənin səhifəsinə daxil ol və  bax gör o necə millətpərəstdir. Bizim xalqın hələ sovet dönəmindən bir problemi var – “çuşka” problemi!!!”
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Ceyran Rəhmətullayeva: “Valideynlər uşaqlara dini baxımdan çox təsir edir”.
Yeniçağ qəzetinin baş redaktoru Aqil ələsgər: “Xarici İşlər Nazirliyi Elmar Məmmədyarovun sözlərini Azərbaycan dilinə tərcümə etməsi üçün əlavə tərcüməçi ştatı açmalıdır ki, bəzi sözləri anlaya bilək”.
Siyasətçi, keçmiş millət vəkili İbrahim İbrahimli: “Tez ya gec İlqar Məmmədov da azadlığa çıxacaq, amma onu həbs edənlər, heç vaxt “azadlığa” çıxa bilməyəcəklər. Çünki buyruq qulları nə cismən, nə də ruhən azad və müstəqil olmurlar…”
Jurnalist Azer Hasret: “DYP ilə böyük davam olacaq deyəsən. 90-lıq yolu 50 km-lik göstərərək mənə protokol yazıblar”
Gənc yazar Kəramət Böyükçöl: “… Serj Sarkisyandan müsahibə alsam, … Təsəvvür elə, Sarkisyan səhərə kimi zəng eləyib baş-beynimi aparır, yalvarır ki, sən Allah, müsahibəni göndər baxım. Mən də göndərmirəm….”
Jurnalist Eldəniz Elgün: “Ə, xiyar, mən anadan borcla, sən də eşşəkliklə doğulubsan ki, mənim etdiklərim borca, sənin etdiklərin eşşəkliyə yazılır? ”
Gülyanaq İSMAYILQIZI
Pia.az
COP29