!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Mən bilirəm ki, ümumi YAP-çılardan heç beş faizinin uşağı xaricdə oxumayıb” – Şahlar Əsgərov

!Reklam – Yazi

“Elə bir sahə yoxdur ki, Heydər Əliyevin o barədə fəlsəfi məzmunlu fikri olmasın”.

Bu fikirləri dövlət qulluğuna qəbul prosesi ilə bağlı narazılıqlar və “yeni nəsil” kadrların fəaliyyətinə yönəlik iradlara münasibət bildirən professor Şahlar Əsgərov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, fəaliyyətindən narazılıq olan gənc kadrların əsas çatışmazlıqları onların Heydər Əliyev fəlsəfəsindən məlumatsızlığıdır:

“Ümummilli lider Heydər Əliyev hakimiyyətdə olanda indi yüksək vəzifələrə gətirilən gənclərin çoxu yəqin ki hələ orta məktəbdə oxuyurdular. O vaxt Heydər Əliyev həm müstəqilliyini yeni qazanan dövləti qururdu, həm də öz dərin mənalı çıxışları ilə onun nəzəri əsaslarını yaradırdı.

İndi yüksək məmur olanların bir çoxu Heydər Əliyevin dilindən çıxan “Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, sarsılmazdır, əbədidir”, “Hər kəs öz milli mənsubiyyəti ilə fəxr etməlidir. Mən də fəxr edirəm ki, azərbaycanlıyam” kimi fikirləri yəqin ki eşitməyib.

Ancaq Heydər Əliyevin həmin çıxışlarında, fikirlərində Azərbaycan dövlətinin idarə edilməsinin, mədəniyyətinin, ticarətinin, hətta qurban kəsilməsinin də fəlsəfəsi var. Yəni elə bir sahə yoxdur ki, Heydər Əliyevin o barədə fəlsəfi məzmunlu fikri olmasın. Bu gənc kadrların çoxu da həmin fikirlərdən xəbərsizdir.

Sonra da göndəriliblər xaricə, yaxşı-pis təhsil alıb qayıdıblar. Mən bilirəm ki, ümumi YAP-çılardan heç beş faizinin uşağı xaricdə oxumayıb. Bu daha geniş mövzunun söhbətidir. Lakin həmin kadrların ətrafında onlara doğru-düzgün məsləhət verə biləcək adamlar olmalıdır ki, işlər yolunda getsin”.

A.Zeynalov

www.yenicag.az

315
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv