“Qarabağ”ın kapitanı Rəşad Sadıqov ötən gün “Xəzər TV”-də yayımlanan “Futbol saatı” verilişinin qonağı olub.
Yenicag.az xəbər verir ki, təcrübəli futbolçu çıxışında bir dönəm U-21 millisinə rəhbərlik etməsindən və yığmadan uzaqlaşmasından danışıb.
Sadıqovun verilişdə səsləndirdiyi maraqlı sitatlarını təqdim edirik:
– Mən bir də belə şeyə aldanmaram. Getmərəm!
– Millidə çalışdığım zaman məsuliyyət o qədər böyük idi ki, ailə üzvlərimlə oturub onları görmürdüm. Ancaq rəqib və taktika haqda düşünürdüm.
– Biz iki, üç, beş yerdə çalışmaq üçün alışıb yanmırdıq. Bilirdik ki, futbolçu kimi mənə, məşqçi kimi də Qurban Qurbanova zərərləri olacaq. Azərbaycan futbolu üçün etdik.
– Bizə hər şey fərqli şəkildə deyilmişdi. Ona görə razılıq verdik. Yoxsa kiminsə iki, üç, beş işdə gözü yoxdu.
– Mən millidəki müqaviləmə heç baxmamışam da. Sadəcə imzalamışam.
– 6 il deyilmişdi. Uzunmüddətli plan qurmuşduq. Qrupdan çıxmalısız və sairə məsələsi yox idi. Mənimlə də U-21-lə bağlı gələn mövsümün planları cızılmışdı AFFA-da.
– Hər intizamsız futbolçunu kəsib atsaq oyunçu qalmaz ki. Sabah meydançada ən həyəcansız onlar olur.
– Azarkeşlərdən xahişim budur ki, bilsinlər ki, orada yaşananlardan günahkar olduğumuzdan deyil, sadəcə Azərbaycan futboluna heç bir xeyri olmayacaq deyə danışmırıq.