“Mən bu məsuliyyətin fərqindəyəm” – Nətiq Nəbili seçicilərlə görüşlərini davam etdirir – FOTOLAR

54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputatlığa namizəd Natiq Nəbilinin seçki kampaniyası davam edir.

Yenicag.az xəbər verir ki, Natiq Nəbili bu dəfə Şabran rayonunun Zeyvə, Taxtalar və Padar kəndindən olan seçicilərlə görüşüb.

Qarşılıqlı söhbət əsasında keçən gırüşdə Natiq Nəbili seçiciləri öz platforması ilə tanış edib. Natiq Nəbili seçicilərə müraciətində millət vəkilinin millətin vəkili olmalı olduğunu vurğulayıb:

“Millət vəkili olmaq o şəxsi millətin mənafeyini qorumaq, atdığı hər addımda onları düşünmək kimi bir məsuliyyət altında qoyur. Və mən də bu məsuliyyəti öz üzərimə götürmək istəyirəm. Mən sizlər üçün, millətim üçün bir şeylər etmək istəyirəm və inanıram ki, siz mənə etimad göstərəcək və mənə bu imkanı verəcəksiniz”.

Seçicilər Natiq Nəbili ilə görüşdən məmnun olduqlarını dilə gətirib və qeyd ediblər ki, seçkiyə gedəcək, öz səslərinə sahib çıxacaqlar.

Məlumat üçün bildirək ki, 54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputatlığa namizəd Natiq Nəbilinin seçki qərargahı Heydər Əliyev prospektində yerləşir. Seçicilər günün istənilən vaxtı seçki qərargahına müraciət edə bilərlər.

COP29