“Mən bu səfər Bakıda xəyalımı yaşayıram…”

Bakıda keçirilən Formula 2 yarışlarında iştirak edən türk pilot Cem Bölükbaşı Twitter səhifəsində maraqlı paylaşım edib.

“2018-ci ildə bir espor oyuncusu olaraq ilk dəfə Bakıya gəlmişdim. Formula 2 araçlarını gördüyümdə o qədər sürətlərindən etkilənmiştim ki, videoya çəkmişdim önümdn geçişlərini. 4 il sonra təkrar Bakıdayam, amma bu səfər Formula 2- də yarışmaq üçün. Mən xəyalımı yaşayıram”, – deyə paylaşımda qeyd edib.