“Qərb elə düşünürdü ki, müharibə olan kimi Rusiyada xalq ayağa qalxacaq və Putini devirəcək, əslində, tam əksi baş verdi”.
Bu sözləri Avropa ölkələrinin Ukraynanı Rusiyaya güzəştə getməyə çağırmasına münasibət bildirən Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə Yenicag.az-a açıqlamasında söyləyib.
Araz Əlizadə bildirib ki, Qərb ölkələri Ukraynanı satır:
“Qərb həmişə ikili oynayıb və həmişə gücün qabağından qaçıb. Onların fikri getmişdi 1991-ci ilə ki, SSRİ dağılıb və Rusiyanın heç nəyi yoxdur. Onlar bilmirdilər ki, 2022-ci ildir və Rusiya SSRİ-dən çıxmış ölkə deyil. Qərb elə düşünürdü ki, müharibə olan kimi Rusiyada xalq ayağa qalxacaq. Ona görə də oliqarxların pullarını dondurdular. Ancaq tam əksi baş verdi. Putini hakimiyyətdən uzaqlaşdırmaq əvəzinə, onun hakimiyyətini gücləndirdilər. İndi Ukrayna hər gün silah istəyir. Ona görə deyirdim ki, Rusiya məğlub olmayacaq. Bunu deyəndə hamı dədəmə söyürdü, sanki hər şey mənim sözümdən asılı imiş”.
Səxavət Məmməd