!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Mən inanmıram ki, Azərbaycan bunu qəbul etsin” – Şərh

!Reklam – Yazi

lira“Azərbaycan hər zaman Türkiyə ilə əməkdaşlıq edib, bu sahədə də əməkdaşlıq edə bilər”

Bunu Yenicag.az-a Türkiyənin bir sıra ölkələrlə ticarət dövriyyəsini milli valyutalara keçirmək təklifinin perspektivinə münasibət bildirərkən millət vəkili Asim Mollazadə söyləyib.

Onun sözlərinə görə, konkret olaraq təkliflər olmalıdır.Asim Mollazadə ile ilgili görsel sonucu

“Azərbaycan və Türkiyə münasibətlərində “bir millət iki dövlət” prinsipi üstünlük təşkil edir. Konkret təklif olunarsa, müəyyən işlər aparıla bilər. İlkin mərhələdə enerji istiqamətini, sonra isə digər sahələri əhatə edə bilər”.

Ədalət Partiyası sədrinin birinci müavini Etimad İsmayılovun fikrincə isə hər hansı bir dövlətin daxili və xarici siyasəti onun müstəqil olmağı ilə bağlıdır:

“Nə qədər Azərbaycan müstəqildirsə, o qədər də sərbəst qanunlar qəbul edə bilər. Bu müstəqillik zahirən gerçək faktlarla ölçülür, yəni iqtisadi, hərbi və s…. Ancaq nəzərə alsaq ki, 25 ildir ki, bayraqdar olan BP şirkəti Azərbaycanın qanını içir… Ona görə də Azərbaycanın bu çağırışa nə qədər dəstək verib-verməyəcəyini deyə bilmərəm. Azərbaycan rəhbərliyi siyasətdə manevr imkanlarına daha üstünlük verdiyi üçün hesab edirəm ki, Türkiyə ilə Azərbaycan arasında, yəni qarşılıqlı türk lirəsi ilə manatın ticari dövriyyələri aparıla bilər.

Etimad Ədalət ile ilgili görsel sonucuO, bu məsələyə tam şəkildə inanmadığıni bildirdi:

“Çünki Azərbaycana bu gün əsas gəlir mənbəyi neft və qaz məhsulları olduğundan ölkənin ciddi şəkildə valyutaya da ehtiyacı var. Hansısa ticari məsələdə qarşılıqlı razılığa gəlmək olar, amma böyük həcmlərdə… inanmıram. İndiyə qədər MDB ölkələrində Rusiya və digərləri ilə Azərbaycan arasında ümumilikdə 18 faiz əlavə dəyər vergisi olduğu halda, Türkiyə ilə səhv etmirəmsə, 36 faizdir. Yəni Türkiyə belə məsələlərdə də güzəştə gedilmədi. Mən inanmıram ki, Azərbaycan bunu qəbul etsin”.

Qeyd edək ki, bir müddət öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə dolların bahalaşmasına cavab olaraq, əhalini bu valyutadan imtina etməyə çağırıb. Türkiyə prezidenti Rusiya, İran və Çinlə ticarət dövriyyəsinin milli valyutalarla aparılması üçün bu ölkələrin liderlərinə müraciət edib. Ankara həmçinin Azərbaycan, Gürcüstan, Qırğızıstan və İraq kimi ölkələrlə də danışıqlara başlayıb. Ərdoğanın müraciəti isə artıq nəticə verib və dollar Türkiyədə ucuzlaşıb.

Gülnarə Eynullaqızı
Yenicag.Az

www.yenicag.az

541
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv