“Mən oxusam, onda gərək bəzi xalq artistləri…” – Zarinadan QALMAQALLI AÇIQLAMA / VİDEO

“Mən oxusam, onda gərək bəzi xalq artistləri mikrafonu yerə qoya…”

Bunu tanınmış aktrisa Zarina Qurbanova Yenicag.az-a açıqlamasında deyib.

Müğənni Çingiz Mustafayevlə oxuduğu mahnı ilə sosial şəbəkələrdə izləmə rekordu qıran Zarina iddialı sözləri ilə müğənnilərin də bostanını daşlayıb:

“Xəzər TV-də qonaq olduğum verilişdə müğənni Çingiz Mustafayev oxumağa başladı, içimdən gəldi, mən də ekspromt olaraq ona qoşuldum. Heç gözləmədiyim halda bu ifa bütün sosial şəbəkələrdə paylaşıldı. Harada paylaşıldısa da, partlatdı. Hamı israrla yazır ki, belə gözəl səsin var, bəs niyə müğənni olmadın, indi niyə oxumursan? Əvvəlcə onu deyim ki, uşaqlıqdan müğənni olmaq istəyirdim, buna görə də 7 il vokal, 4 il muğam təhsili aldım. İncəsənəti hərtərəfli sevdiyimə görə qərar verdim ki, aktrisa olum. Səsim bu dəqiqə işlək vəziyyətdə deyil. Amma buna güc qoysam, üzərimdə işləsəm, çox müğənnidən mükəmməl oxuyaram. Hətta bəzi xalq artistləri mikrafonu əlindən yerə qoyar. Bir mahnı belə oxusam, partladaram. Amma buna hələ ki vaxtım yoxdur, çünki aktrisa olaraq işlərim çoxdur. Amma bir gün mütləq bunu edəcəm və arzumu gerçəkləşdirəcəm. Bir mahnı yazdıracam, sonra da qəşəng bir klip çəkdirəcəm. O zaman müğənnilər məni də özlərinə rəqib sayacaqlar”.

Cəvahir