“Mən tərəflərin barışmasına çalışıram və Arif Alışanov əleyhinə bəyanata imza atmamışam”

 

sabirrustemxanli19“Mən onların barışmasına çalışacağam və hər hansısa bəyanatdan xəbərim yoxdur”. Bu sözləri xalq şairi Sabir Rüstəmxanlı Qulu Məhərrəmlini dəstəkləyən bəyanatla bağlı bildirib.

Yenicag.az-a açıqlama verən S.Rüstəmxanlı qeyd edib ki, “Ziyalıların enerjilərini millətin inkişafına deyil, məhkəmələrə sərf etməsini hər zaman yolverilməz hesab etmişəm. Mənə Qulunun müdafiəsi üçün ziyalıların bir araya gəldiyi bildirildi və məni də orada görmək istədiklərini bildirdilər. Telefonla da köhnə dostum Qulu Məhərrəmlini dəstək üçün yaradılan heyətdə adımın yazılmasına etiraz etmədim. Mən bu heyətdə olmağa onun üçün razılıq verdim ki, onların arasında barışdırıcı missiyanı daşıyım, onları barışdırım. Hər iki köhnə dostu bir araya gətirib, problemləri məhkəməsiz həll edək.  Bunu da mənə zəng edənlərə demişəm. Hər ikisini illərlə tanıdığım üçün hesab edirəm ki, biz ziyalılar olaraq, bu məsələdə tərəf olacağıqsa, barışıqdan tərəf olmalıyıq. Düşünürəm ki, mətbuat üzərindən söz savaşını dayandırıb tərəflər arasında dialoqu bərpa edərsək, bundan tərəflər də, cəmiyyət də qazanar. Ancaq Arif Alışanov əleyhinə verilən bəyanatdan da xəbərim yoxdur və imza da atmamışam. Mən dediyim kimi, problemi qarşılıqlı bəyanatlarla deyil, öz aramızda dialoq yolu ilə çözmək tərəfdarıyam”.