Mənası qəribə olan yol nişanları – Tank, qurbağa, partlayan maşınlar… – FOTO

Yollardakı işarələr nəqliyyatda hərəkət edərkən böyük rahatlıq yaradır, lakin mənası bilinməyən yol nişanları çətinlik yarada bilər.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, İngiltərədəki bəzi yol nişanlarının mənaları yerli olmayan insanları təəccübləndirir.

Bölgədə “partlayan maşın” təsvirləri olan lövhələrdən tutmuş, yolda “tankları” göstərən nişanlara qədər müxtəlif yol nişanları mövcuddur.

Üzərində partlayış olan nəqliyyat vasitəsinin işarəsini göstərən nişan “ərazidə partlayıcı maddə daşıyan avtomobillərin hərəkəti qadağandır” mənasını verir.

Tankın qırmızı təhlükə üçbucağı daxilində çərçivəyə salınmış şəkli ərazidə ola biləcək yavaş hərəkət edən hərbi maşınlar barədə sürücüləri xəbərdar etmək üçün yerləşdirilib.

Qurbağa ilə yol nişanı xüsusilə cütləşmə mövsümündə amfibiyaların yolda ola biləcəyini xəbərdar edir.

 

Nəsimi Ələsgərli

COP29