Son hücum 1973-cü il müharibəsindən sonra İsrailin müdafiəsində ən ciddi boşluqdur.
Yenicag.az Reuters-ə istinadla xəbər verir ki, HƏMAS-a yaxın bir mənbə bildirib: ” İsrail HƏMAS-ın müharibədən yorulduğuna əmin olsa da, qruplaşmanın döyüşçüləri tez-tez göz önündə təlim keçiblər”.
HƏMAS-a yaxın mənbənin sözlərinə görə, 50 il əvvəl Yom Kippur müharibəsindən bəri ən heyrətamiz hücum planları tərtib edilib, misilsiz kəşfiyyat taktikalarından istifadə edib.
İsrail Müdafiə Qüvvələrinin sözçüsü mayor Nir Dinar bildirib: “Bu, bizim 11 sentyabr hadisəmizdir”.