Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Mənbic Afrin əməliyyatı kimi asan başa gəlməyəcək - Hərbi ekspert

Suriyada Türkiyə ordusu Afrindən sonra Mənbic istiqamətində hərəkət edir.

Türkiyə dövləti terrorçu PKK-nın Suriya qanadı YPG-yə qarşı əməliyyat keçirməyi qarşısına məqsəd qoyub.

Türkiyənin Mənbic əməliyyatına hazırlığı ilə bağlı Yenicag.az-a hərbi ekspert Tərlan Eyvazov açıqlama verib.

Tərlan Eyvazov bildirib ki, Mənbic əməliyyatı Afrin kimi asan keçməyəcək:

“Türkiyə dövlətinin Silahlı Qüvvələrinin əlində Afrin kimi bir nümunə var. Açığı, yerli əhali Afrindəki kimi, Mənbicdə də Türkiyənin gəlişinə sevinəcək. Çünki, digər dövlətlərdən fərqli olaraq Türkiyə müstəmləkəçilik etmir. Türk ordusu girən yerdə əmin-amanlıq, sülh olur. Ona görə yerli əhali də Türkiyənin gəlişinə sevinəcək”.

Türkiyənin Mənbicə girmə səbəbinə gəldikdə isə hərbi ekspert qeyd edib ki, ABŞ, Fransa və digər ölkələr orada əməliyyat keçirsə, Türkiyəyə qaçqın axını başlanacaq:

“Türkiyə bunu da göz önünə alıb, oraya girməlidir”.

Ekspert hesab edir ki, Türkiyə ordusu Mənbic əməliyyatına başlayacaqsa, demək ki, bunu ABŞ və Rusiya ilə razılaşdırılıb:

“Suriyada əsas qüvvə Rusiya və ABŞ-dır. Bunların fonunda İran və Əsəd rejimi Türkiyəyə müqavimət göstərməyəcək.

Türkiyə ordusunun kəşfiyyat sistemi öncədən öz işini görüb. Türkiyənin Mənbicə girməsində ABŞ və Rusiya da maraqlıdır. Artıq Suriya məsələsini həll etməyin zamanı gəlib. Suriya məsələsini yenidən şişirtmək heç kimin marağında deyil. Artıq Suriyada maraqlı olan dövlətlər öz maraqlarını təmin ediblər. Ona görə də, bundan sonra Suriya məsələsini birdəfəlik bağlamağa çalışacaqlar. Ancaq bir məsələ var ki, Yaxın Şərqdə hər an, hər şey dəyişə bilər”.

Səxavət Məmməd

www.yenicag.az

2591
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100