ABŞ və Türkiyə Suriyanın Mənbic məsələsi ilə bağlı razılıq əldə edib.
Yenicag.az-ın məlumatına görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
O bildirib ki, iyunun 4-də ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə görüşəcək.
“Görüş zamanı PYD və YPG terrorçularının Mənbicdən çıxarılması ilə bağlı yol xəritəsinin detalları açıqlanacaq”, – M.Çavuşoğlu əlavə edib.