“Menecerim məni öldürmək istədi”

Müğənni Ferman Toprak keçmiş meneceri İsmet Günbeyindən şikayət edib.

Müğənni Şişlidə konsert verərkən avtomobili atəşə tutulub. Cinayətkarlar hadisə yerindən uzaqlaşıblar.

O, polisə verdiyi ifadəsində belə deyib:

“Keçmiş menecerim məni öldürmək istədi. Bunu o, edib”.

İsmet barəsində cinayət işi açılıb. Araşdırma aparılır.

Yenicag.az