“Məni axmaq kimi aldatdılar” – Keçmiş prezidentdən ETİRAF

“Son vaxtlar həyatıma sui-qəsd olunacağına dair xəbərdarlıqlar alıram”.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, bu fikirləri Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç bu gün Moskvada keçirdiyi mətbuat konfransında deyib.

Yanukoviç 2014-cü ildə müxalifət təmsilçiləri ilə anlaşmanı imzaladıqdan sonra Avropa İttifaqının (Aİ) nümayəndələri tərəfindən axmaqcasına aldadıldığını etiraf edib: “Məni axmaq kimi aldatdılar”.

Yanukoviç ona qarşı sui-qəsd olacağına dair məlumatlar aldığını da iddia edib: “Son vaxtlar həyatıma sui-qəsd olunacağına dair xəbərdarlıqlar alıram”.

COP29