!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Məni görəndə qaçıb gizlənir" - Əməkdar artistlə Fərda arasında QALMAQAL

!Reklam – Yazi

Əməkdar artist Vahid Əliyevlə aktyor Fərda Xudaverdiyev arasında qalmaqal yaşanıb.

Yenicag.az-a açıqlama verən V.Əliyev onu tanınmamaqda ittiham edən qarşı tərəfin ünvanına tənqidi fikirlər səsləndirib:

“Fərda adlı aktyor tanımıram, burda inciməli nə var ki? Əgər o, gələcəkdə özünü aktyor kimi hiss eləsə, gedib sənətkarların həyat və yaradıcılığını oxuyub, tanısın və bilsin ki, aktyor kimlərdir. Mənim onun barəsində danışmağım Fərdaya reklam olar, həm də bunu özümə yaraşdırmıram. Çünki mənim sənətim var. Mən Rza Təhmasib kimi sənətkarın kursun keçmişəm, bəs o? “Narxoz”u bitirib. Qaldı ki, mənim tanınmamağım barədə onun söylədiklərinə, gəlsin qoşa gedək, görək onu tanıyan varmı? Belə də ki, heç onunla yola çıxmağı özümə sığışdırmıram. Sənəti kimi özü də boş nağaradı, yalandan səs çıxarır. Hələ ondan soruşun ki, niyə telekanallarda Vahid Əliyevi görəndə qaçıb gizlənirsən?”

Qeyd edək ki, əməkdar artist Vahid Əliyev lent.az-a açıqlamasında aktyor Fərda Xudaverdiyevi savadsızlıqda suçlayıb. Fərda da onu cavabsız qoymayıb, tanınmadığını bildirib.

Cəvahir

www.yenicag.az

952
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv