“Məni imtahandan kəsdi” – Əlikram arzusunu ürəyində qoyan Xalq artistinin adını AÇIQLADI

“Vaxtilə aktyor olmaq arzusunda idim, amma imtahandan kəsdilər”.

Yenicag.az xəbər verir ki, bunu müğənni Əlikram Bayramov “Həmin Zaur” verilişində deyib.

Sənətçi onu imtahandan kəsən məşhur aktyorun adını çəkmək istəməyib:

“İindi həmin sənətkar haqq dünyasındadır. Adını çəkmək istəmirəm. Etüd göstərə bilmədiyim üçün, o, məni imtahandan kəsdi”.

Aparıcı Zaur o aktyorun Həsən Turabov olub-olmadığını soruşub. Müğənni onun sözünü təsdiqləyib.

Nehru