“Məni tutsalar, guya nə olacaq ki?” – “Diqlas”ın sahibi danışdı

“Diqlas”ın sahibi Araz Rəhimov külə dönmüş ticarət mərkəzi önündə zərərçəkmişlərlə görüşür.

Yenicag.az xəbər verir ki, zərərçəkmişlər önündə çıxış edən Rəhimov problemlə bağlı sahibkarlarla görüşəcəyini bildirib:

“Mən burada yox idim. Təyyarədən düşüb gəlmişəm. Bura bir-birimizə dəstək olmaq üçün yığışmışıq. Mən “Diqlas”ın təməli qoyulandan buradayam. Həyat elə gətirdi ki, “Diqlas” bölündü. Bu gün kimisə günahkar çıxarsınlar, bununla məsələ həllini tapmayacaq. Biz sizə dəstək olaq, siz də bizə. Əməliyyata getmişdim, yarımçıq qoyub gəlmişəm. Bu gün gedib sahibkarlarla görüşəcəm. Sizin malınız yanıb, mənim evim yanıb. Heç kimin də sığortası yoxdur. Bizim qədər siz də ziyan çəkmisiz.

Sahibkarlarla görüşək, onlara problemi deyək. Sahibkar kompensasiya verməyəndən sonra mən kiməm ki? Mən idarəçiyəm. Deyirlər ki, mallar sığortalanmayıb. Məndə yardım edəcək imkan yoxdur. Dövlət də deyəcək ki, sığortaları yoxdur. Sahibkarlarla görüşüm, görək dəstək olurlarmı? Olmurlarsa, mən də sizə qoşulum. Məni, Rasimi tutsalar, guya nə olacaq ki? Mən əlimdən gələni edəcəm”.

Mənim gümanım budur ki, obyekt tez bir zamanda bərpa olunsun. Camaata işləməyə şərait yaradılsın”.

Emin Səfərov