Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Mənim “Anderson” kafesinə heç bir aidiyyatım yoxdur” - “Atmosfera by Coffeeshop”un sahibi

“Bu yalnış məlumatın nəticəsindədə mən heç bir aidiyyətim və təqsirim olmadan vətəndaşlar tərəfindən hədə-qorxuya məruz qalmışam”.

Yenicag.az-a müraciət edən “Atmosfera by Coffeeshop” kafesinin sahibi Səbinə Məmmədova saytımızda 2020-ci il oktyabrın 20-də yayımlanmış “Bakıdan ermənilərə dəstək fonduna 50 min dollar köçürən iş qadını kimdir? – Partiya sədrindən ilginc paylaşım – FOTO” başlıqlı materialda yanlışlıqla onun obyektinin fotoşəklinin yerləşdirildiyini bildirib.

İş xanımının sözlərinə görə, bu yanlışlıq onun və sahibi olduğu kafenin işgüzar nüfuzuna zərər vurub:

“Yazıb Sizə bildirirəm ki, Sizə məxsus olan Yenicaq.az saytında “Anderson” Restoranı barəsində məlumat yayılsa da, lakin mənə məxsus olan “Coffeeshop” kafesinin şəkili vurulmuşdur.

Bir daha qeyd etmək istəirəm ki, “Anderson” restoranının adı çəkilsə də, şəkil mənə məxsus olan kafenin şəklidir. Mənim “Anderson” kafesinə heç bir aidiyyatım yoxdur.

Bu yalnış məlumatın nəticəsindədə mən heç bir aidiyyətim və təqsirim olmadan vətəndaşlar tərəfindən hədə-qorxuya məruz qalmışam və digər saytlar tərəfindən şərəf-ləyaqətimə ziyan vurulur. Bununla əlaqədər Sizdən həmin şəkil üzrə təkzib verilməsini xahiş edirəm.

“Atmosfera by Coffeeshop” kafesinin sahibi Məmmədova Səbinə Səlim qızı”.

Öz növbəmizdə bildirmək istərdik ki, yuxarıda adıçəkilən materialda istifadə olunmuş fotoşəkil həmin məlumatla birlikdə sosial şəbəkələrdə yayımlanıb və Yenicag.az da onu skrinşot formasında dərc edib.

İnanırıq ki, bu qeyd “Atmosfera by Coffeeshop” kafesi və onun sahibi Səbinə Məmmədova barəsində yaranan yanlış qənaətləri ortadan qaldıracaq. Biz millət olaraq, birlikdə bu çətin vəziyyətdən çıxacaq və düşmənləri əsla sevindirməyəcəyik. Azərbaycana xidmət edən hər bir qurumla da əməkdaşlığımız daimi olacaq.

www.yenicag.az

499