Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet ProvayderiBakcell şirkəti ölkənin telekommunikasiya bazarında ilk və ən innovativ müştəri xidməti aləti olan – “Mənim Bakcellim” applikasiyasına mühüm yenilikəlavə edib.
Belə ki, abunəçiləri daha rahat və əlverişli müştəri təcrübəsi ilə təmin etmək üçün Bakcell özünün “Mənim Bakcellim” applikasiyasında Onlayn Çat funksiyasını işə saldı. Onlayn Çat vasitəsilə Bakcell abunəçiləri istənilən vaxt operatorla canlı əlaqə qurub öz suallarını verə bilərlər.
Qeyd edək ki, abunəçilərini rahat, şəffaf və əlverişli müştəri təcrübəsi ilə təmin etmək üçün Bakcell virtual müştəri xidməti tətbiqetməsini istifadəyə verdi. “Bakcell”in özünəxidmət tətbiqetməsi sayəsində nömrə ilə bağlı əməliyyatlar etmək üçün xidmət mərkəzinə getməyə və ya məlumat mərkəzinə zəng etməyə ehtiyac qalmadı.
“Mənim Bakcellim”dən istifadə edən abunəçilər öz nömrələrinin hesabı ilə bütün lazımı əməliyyatları həyata keçirməklə yanaşı balans, aktiv bonuslar, istifadə etdikləri xidmət və ya məhsulun qüvvədən düşmə tarixi, balansda qalan meqabaytlar və nömrə barədə digər məlumatları müştəri xidməti mərkəzinə getmədən, növbədə gözləmədən və hətta məlumat mərkəzinə zəng vurmadan əldə edirlər.
Bundan əlavə, “Mənim Bakcellim”istifadəçiləri nömrələrinin balansı ilə bağlı maksimum şəffaf informasiyaya malik olacaqlar. Belə ki, abunəçilər zəng olunmuş nömrələrin siyahısı, zənglərin vaxtı və müddəti, sərf olunmuş məbləğlər və əlavə xidmətlərdən istifadə daxil olmaqla nömrənin istifadə tarixçəsinə aid bütün məlumatlara tam nəzarət edə biləcəklər.
Azərbaycanın ən müştəri yönümlü və innovativ telekommunikasiya xidmətləri təchizatçısı olan Bakcell öz abunəçilərini rəqəmsal müştəri təcrübəsi ilə yanaşı ən yeni məhsul və xidmətlərlə təmin edir. Şirkət bunun üçün zəruri olan ən sürətli və yüksək keyfiyyətli mobil rabitə şəbəkəsi qurmağa nail olub. Bakcell abunəçilərin arzu, təklif və ehtiyaclarını nəzərə alaraq, mobil xidmətlərdən istifadə zamanı onları əhəmiyyətli dərəcədə rahatlıq və şəffaflıqla təmin edir.Abunəçilərə təqdim olunan xidmətin keyfiyyətini artırmaq məqsədilə “Mənim Bakcellim” vasitəsilə təmin edilən müştəri təcrübəsi daim ölçülür və diqqət mərkəzində saxlanılır. Xidmət səviyyəsinin daha da yüksəldilməsi üçün Bakcell öz abunəçilərinin bütün rəy və təkliflərini nəzərdən keçirir və yeni mobil applikasiyanı GooglePlay və Appstore portallarında qiymətləndirib müvafiq rəy yazmağa dəvət edir.
“Mənim Bakcellim” mobil tətbiqetməsini Android və iOS sistemləri ilə çalışan cihazlar üçün “GooglePlay” və “Appstore” portallarından yükləmək olar. Qeyd edək ki, qeydiyyatdan keçəndən sonra abunəçilər kompüter və planşet kimi cihazlarda “Mənim Bakcellim” proqramının “desktop” versiyasından yararlana bilərlər. Daha ətraflı məlumat və proqramı yükləmək üçün linklərhttps://www.bakcell.com/az/my-bakcell səhifəsində yerləşdirilib.
***
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir.
Bakcell şirkətinin 4G şəbəkəsi artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 40-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir.
7000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb (“Bestin Test”). 2018-ci ildə şirkət “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat bütün dünyada tanınmış “Ookla” şirkəti tərəfindən “Bakcell”ə Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.